Nazirlər Kabineti “Cıdır-şans oyunlarının təşkili və keçirilməsi Qaydaların”da dəyişiklik edib. Apa-nın məlumatına görə, Cıdır-şans (totalizator) oyunları – mülkiyyət formasından asılı olmayaraq, Azərbaycanda fəaliyyət göstərən bütün atçılıq yarışı meydanlarında bu Qaydalara uyğun olaraq, atların rəsmi sınağı ilə birgə keçirilən idman mərc oyunlarıdır. Bu oyunlar atçılıq idman növünün inkişaf etdirilməsi üçün əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinə, atçılıq yarışı meydanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və sahənin gəlirlə işləməsinə xidmət edən mərc sistemidir. Cıdır-şans (totalizator) oyunları Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (bundan sonra – operator) vasitəsilə həyata keçirilir. Dəyişikliyə əsasən bundan sonra operator idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatasına həmin qurum tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…