İngiltərə Premyer Liqasının növbəti turuna yekun vurulub

28 Avqust 2018 11:25

Xəbər 538 dəfə oxunub

İngiltərə Premyer Liqasının üçüncü turuna yekun vurulub.Azərtac xəbər verir ki, “Old Traford” stadionunda keçirilən qarşılaşmada meydan sahibi “Mançester Yunayted” “Tottenhem” klubunu qəbul edib. İlk dəqiqələrdən hər iki komandanın təhlükəli vəziyyətlərinə baxmayaraq birinci hissədə hesab dəyişilməyib.Fasilədən sonra daha üstün oyun nümayiş etdirən London təmsilçisi hesabı açıb. Belə ki, matçın 50-ci dəqiqəsində Kiran Trepyerin künc ötürməsini “Tottenhem” klubunun əsas qol silahı sayılan Hari Keyn dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:0. Qoldan sonra irəli atılan Joze Mourinyonun yetirmələri qarşılaşmanın 52-ci dəqiqəsində qapısında növbəti qolu görüblər. Lukas Maura fərdi ustalıqı sahəsində hesab arasındakı fərqi iki topa çatdırıb – 2:0.Bu, oyunda son qol olmayıb. “Qırmızı şeytan”ları əks hücumda yaxalayan Maurisiyo Pereqrinin yetirmələri oyunun 84-cü dəqiqəsində hesabı artırıb. Lukas Maura özünün ikinci komandasının üçüncü topun vuraraq adını tabloya yazdırıb – 3:0.Mançester şəhərinin təmsilçisinin oyunun sonuna kimi bir neçə əlverişli vəziyyətlər yaratsa da, “Tottenhem” klubunun müdafiəsini keçmək mümkün olmayıb. Beləliklə, görüş “Tottenhem” klubunun 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb.Qeyd edək ki, bu komandalar arasında ilk oyun 1899-cu ilə təsadüf edir. Həmin görüşdə hər iki komanda heç-heçəyə razı olublar 1:1. Ümumilikdə isə hər iki komandalar İngiltərə Premyer Liqasında bu vaxta kimi 154 dəfə qarşılaşıblar, 78 oyunda “Mançester Yunayted”, 37 görüşdə isə “Tottenhem” klubu qalib gəlib. Otuz doqquz oyun isə heç-heçə başa çatıb.“Mançester Yunayted” klubu Mançester şəhərinin dəmiryol fəhlələri tərəfindən 1878-ci ildə “Newton Heath FK” adı altında yaradılıb. Klubun ilk rəngləri yaşıl və qızılı olub. 1892-ci ildə klub Futbol liqasına daxil olur və dəmiryol stansiyasından ayrılaraq müstəqil fəaliyyətə başlayır. Komanda 1902-ci ildə 2500 funt-sterlinqdən çox borcla iflas həddinə çatır. Klubu iflasdan yerli pivə istehsalçısı Con Henri Deyvis xilas edir. O, komandanın yeni prezidenti olur. Həmin ildə klubun adı dəyişdirərək “Mançester Yunayted” olur. Eyni zamanda, klubun forma rəngləri yaşıl-qızılıdan, qırmızı-ağa dəyişdirilir. “Mançester Yunayted” 20 dəfə İngiltərə Premyer Liqasının, üç dəfə UEFA Çempionlar Liqasının, bir dəfə UEFA Super kubokunun, 11 dəfə İngiltərə FA kubokunu və beş dəfə İngiltərə kubokunun qalibidir. Klubun tarixində ən çox qol vuran oyunçusu İngiltərə millisinin sabit hücumçusu Uyen Runidi. O, 559 oyuna 253 qol vurub. Ən çox oyun keçirən oyunçu isə Rayan Qiqsdı (963 oyun).“Tottenhem Hotspur” futbol klubu 1882-ci ildə All Hallows kilsəsinin İncil sinfinin qrammatika bölməsindəki tələbələr tərəfindən yaradılmışdı. Bu tələbələr, eyni zamanda, “Hotspur Kriket” klubunun üzvləri idi. 1884-cü ildə klub “London Hotspur” klubu ilə birləşərək “Tottenhem Football and Athletic club” adlandırıldı. “Tottenhem” İngiltərədə 1960/1961-ci illər mövsümündə həm İngiltərə Liqasını, həm də İngiltərə kubokunu qazanmağı bacarmış ilk komandadır. Həmçinin 1963-cü ildə Kuboklar Kubokunu Avropada qazanan ilk ingilis komandası olub. “Tottenhem” ikiqat İngiltərə Premyer Liqasının qalibidir. Klub, həmçinin səkkiz dəfə İngiltərə Federasiya kubokunu, dörd dəfə İngiltərə kubokunu, yeddi dəfə İngiltərə Super kubokunu və iki dəfə UEFA Avropa Liqasının qalibi olub.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02