Cüdo üzrə İngiltərə milli komandasının sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, yığmanın tərkibinə 14 cüdoçu daxil edilib. Onlardan 3-ü kişilərin, 9-u qadınların fərdi yarışlarına qatılacaq. Daha 2 kişi cüdoçu isə bu idmançılarla birgə qarışıq yarışlarda iştirak üçün nəzərdə tutulub.Milli komandanın heyətinə kişilərdən Eşli Makkenzi (60 kq), Stüart Makvot (81 kq), Maks Stüart (90 kq), qadınlardan Çelsi Gilz (52 kq), Nekoda Smit-Devis (57 kq), Alis Şlezinger, Emi Livsi (hər ikisi – 63 kq), Selli Konvey, Cemma Hauell (hər ikisi – 70 kq), Natali Pauell, Keti Cemima Yits-Braun (hər ikisi – 78 kq), Sara Adlinqton (+78 kq), kişilər arasında qarışıq yarışlarda çıxış etmək üçün isə Denni Uilyams (73 kq) və Uesli Qrinic (90 kq-dan yuxarı) daxil ediliblər.Komandanın üzvləri arasında 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Denni Uilyams, Rio Olimpiadasının bürünc mükafatçısı Selli Konvey, həmçinin 2017-ci ildə Budapeştdə keçirilmiş dünya çempionatının bürünc medalçıları Nekoda Smit-Devis və Natali Pauell də var.İyirmi doqquz yaşlı Denni Uilyams 2011-ci ildən sonra ilk dəfə dünya çempionatında çıxış edəcək. Çelsi Gilz, Keti Cemima Yits-Braun və Uesli Qrinic isə ilk dəfə dünya çempionatında mübarizə aparacaqlar.Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatına sentyabrın 27-də yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…