“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan istehsalı olan qızıldan və gümüşdən sikkə və külçələrin hazırlanması layihəsinə başlayıb.”AzerGold”dan Milli.az-a verilən məlumata görə, külçə və sikkələrin hazırlanması Cəmiyyətin inkişaf strategiyası əsasında icra olunur.Layihə ölkənin qızıl hasilatçısı kimi yerli və beynəlxalq bazarlarda tanıtımı, “Made in Azerbaijan” brendinin təşviqi ilə yanaşı, yerli sahibkarlıq subyektlərinə dəstəyin təmin edilməsi və daxili bazarın inkişaf etdirilməsi məqsədini daşıyır. 999.9 əyarlı külçə və sikkələrin istehsalı və “AzerGold” brendi altında təqdim edilməsi yerli bazarda məhsul çeşidinin artırılması və əlverişli iqtisadi münasibətlərin inkişafına təkan verəcəkdir. Nominal dəyəri olmayan qızıl və gümüş sikkələr, həmçinin qızıl külçələr üç çəkidə olacaq: 5, 10 və 20 qram.İstehsalın ilkin mərhələsində qızıl və gümüş sikkələrin “Heydər Əliyev Mərkəzi”, “Qobustan” və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal edilməsi planlaşdırılır. Bütün məhsulların üzərində Azərbaycan qızılı/gümüşü olduğu qeyd olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…