Stolüstü Tennis Federasiyasının məlumatına görə…

2 Oktyabr 2018 11:07

Xəbər 716 dəfə oxunub

Avropa Stolüstü Tennis Birliyinin təqvim planına müvafiq olaraq, 2019-cu il Avropa komanda çempionatının növbəti təsnifat mərhələsi Bakıda keçiriləcək.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildiriblər ki, oktyabrın 2-də saat 15:00-da qadınlardan ibarət Azərbaycan yığma komandası Almaniya yığması, saat 18:00–da isə kişilərdən ibarət komandamız Litva millisi ilə görüşəcək.Avropa Stolüstü Tennis Birliyinin yeni qaydalarına əsasən, Avropa komanda və şəxsi çempionatları bir il şəxsi və növbəti il komanda olmaqla keçiriləcək. 2019-cu ildə keçiriləcək Avropa komanda çempionatında 24 qadın və 24 kişi komandası iştirak hüququna malikdir. Bu 24 millinin arasında yer almaq üçün Avropa komandaları ev sahibi və səfərdə olmaqla təsnifat oyunlarında iştirak edirlər.Təsnifat oyunu “Şüa” idman sağlamlıq kompleksində keçiriləcək.xeber100.com