Həndbol Federasiyasının məlumatına görə…

22 Oktyabr 2018 13:46

Xəbər 623 dəfə oxunub

Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəyə start verilib.Azərtac Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, ilk turda keçirilən “Təhsil”–“Məhsul” görüşü daha maraqlı alınıb. Gözlənildiyi kimi gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Məhsul” komandasının imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. “Təhsil” rəqibə ciddi müqavimət göstərməsinə baxmayaraq, məğlubiyyətlə barışmalı olub – 25:28.Günün digər oyununda isə ölkə çempionu “Bakı” gözlənildiyi kimi “U-16” komandası üzərində inamlı qələbə qazanıb. Yeniyetmə həndbolçular daha təcrübəli rəqibə 14:54 hesabı ilə uduzublar.xeber100.com