Formula 1 üzrə ABŞ Qran-Prisi başa çatıb

22 Oktyabr 2018 13:48

Xəbər 747 dəfə oxunub

Ostin avtodromunda Formula 1 üzrə ABŞ Qran-Prisi başa çatıb.Azərtac xəbər verir ki, yarışların qalibi ümumi hesabda üçüncü mövqe tutan “Ferrari” komandasının pilotu Kimi Raykkonendir. 15 xal toplayan Lyuis Hemilton finiş xəttinə üçüncü çatıb. Çempion titulu uğrunda mübarizədə onun əsas rəqibi Sebastyan Fettel isə 12 xalla dördüncü yeri tutub. Onun bu mövsümün çempionu olmaq üçün nəzəri şansı qalır. Hazırda Fettel Hemiltondan 70 xal geridədir.Konstruktorlar Kuboku yarışlarında “Mersedes”in “Ferrari” üzərində üstünlüyü isə 66 xal azalıb.xeber100.com