Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə…

23 Oktyabr 2018 11:19

Xəbər 674 dəfə oxunub

Oktyabrın 22-də “Şüa” İdman Sağlamlıq Mərkəzində Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə gənclər və yeniyetmələr arasında Azərbaycan kuboku yarışlarına start verilib.Federasiyadan Azərtac-a bildiriblər ki, şəxsi və komanda xarakteri daşıyan yarışlarda gənclər üzrə dörd qız və dörd oğlan, yeniyetmələr üzrə isə doqquz qız və doqquz oğlan komandası olmaqla, ümumilikdə 100-dək idmançı mübarizə aparacaq.Yarışlara oktyabrın 25-də yekun vurulacaq.xeber100.com