Oktyabrın 28-də futbol üzrə Türkiyə Superliqasının X turunun növbəti görüşü keçirilib. Çempionluğa əsas namizədlərdən olan “Qalatasaray” səfərdə “Yeni Malatyaspor”la qarşılaşıb.Azərtac xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən matçda turnir cədvəlində üçüncü pillədə yer alan İstanbul təmsilçisi 0:2 hesabı ilə məğlub olub.Baş hakim Halis Özkahyanın idarə etdiyi oyunda hesabı 35-ci dəqiqədə Mitçell Donaldın vurduğu qolla meydan sahibləri açıblar. İlk hissə “Yeni Malatyaspor”nın 1:0 üstünlüyü ilə başa çatıb. Fasilədən sonra “Yeni Malatyaspor” qarşılaşmanın 66-cı dəqiqəsində hesab arasındakı fərqi ikiyə çatdırıb. Bu dəfə Adem Büyük penalti zərbəsini dəqiq yerinə yetirib.Hesabında 19 xal olan “Qalatasaray” komandası üçüncü sırada qərarlaşıb. Eyni xala malik olan “Kasımpaşa” isə top fərqinə görə turnir cədvəlində ikinci yeri tutur. “Başakşəhər” komandası 21 xalla çempionatın vahid lideridir. “Antalyaspor” 17 xalla dördüncü, “Trabzonspor” 15 xalla beşinci pillədədir.Ötən gün oynanılan “BŞB Ərzurum” – “Kasımpaşa” (1:1) və “Antalyaspor -“Trabzonspor” (1:1) qarşılaşmalarında qalib müəyyənləşməyib. “Konyaspor” – “Başakşehir” matçında isə qonaqlar üstün olublar – 0:1.Bu gün keçirilmiş digər görüşdə “Kayserispor” komandası “Sivasspor”a 2:0 hesabı ilə qalib gəlib.Tura oktyabrın 29-da oynanılacaq “Beşiktaş” – “Rizespor” və “Akhisarspor” – “Göztəpə” matçları ilə yekun vurulacaq.“Qalatasaray” növbəti turda noyabrın 2-də əzəli rəqibi “Fənərbağça”nı “Türk Telekom” stadionunda qəbul edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…