2021-ci ildə ağır atletika üzrə dünya çempionatı keçiriləcək

31 Oktyabr 2018 13:48

Xəbər 939 dəfə oxunub

2021-ci ildə ağır atletika üzrə dünya çempionatı Perunun paytaxtı Limada keçiriləcək.Azərtac xəbər verir ki, bu haqda qərar Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsinin Türkmənistanın paytaxtı Aşqabadda keçirilən iclasında qəbul olunub.Cari ildə dünya çempionatı Aşqabadda noyabrın 1-10-da keçiriləcək. Ötən il mundiala ABŞ-ın Anahaym şəhəri ev sahibliyi edib. Növbəti il isə çempionat Tailandın Pattaya şəhərində təşkil ediləcək.xeber100.com