UEFA Avropa Liqasının qrup mərhələsində

1 Noyabr 2018 11:33

Xəbər 771 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Ukraynanın “Vorskla” klubunun milli çempionatda Odessanın “Çernomerets” komandası ilə görüşündə meydana partlayıcı maddə atılıb.Azərtac-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisədən sonra hakim oyunu dayandırıb. Tüstü tam dağıldıqdan və lazımi təhlükəsizlik tədbirləri görüldükdən sonra oyun davam etdirilib. Hadisə nəticəsində futbolçular və azarkeşlər arasında xəsarət alan olmayıb.Qeyd edək ki, görüş “Vorskla” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com