Premyer Liqasında XI turun oyunlarına hakim təyinatları açıqlanıb

7 Noyabr 2018 11:40

Xəbər 650 dəfə oxunub

Noyabrın 6-da Azərbaycan Premyer Liqasında XI turun oyunlarına hakim təyinatları açıqlanıb.Azərtac Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, noyabrın 10-da “Əlincə Arena”da “Sabah”–“Səbail” qarşılaşmasını hakim Rəşad Əhmədov idarə edəcək. Həmin gün “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Zirə” görüşünün əsas hakimi İnqilab Məmmədov olacaq.Noyabrın 11-də “Bayıl Arena” stadionunda “Sumqayıt”–“Keşlə” matçına əsas referi Əliyar Ağayev təyin olunub.Turun sonuncu və mərkəzi qarşılaşması Qəbələ şəhər stadionunda keçiriləcək. İki əzəli rəqib “Qəbələ” və “Qarabağ” üz-üzə gələcəklər. Oyununda baş hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək.Qeyd edək ki, “Sabah”–“Səbail”, “Qəbələ”-“Qarabağ” oyunları saat 17:30-da, “Neftçi”–“Zirə” və “Sumqayıt”–“Keşlə” qarşılaşmaları isə 19:30-da başlayacaq.Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.Qeyd edək ki, Premyer Liqanın 10-cu turundan sonra turnir cədvəlinə 25 xalla “Neftçi” klubu başçılıq edir. Son çempion “Qarabağ” 20 xalla ikinci, “Səbail” isə 17 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (16), “Qəbələ” (12), “Sumqayıt” (11), “Keşlə” (6) və “Zirə” (6) yer alıblar.xeber100.com