Azərbaycan yığması hazırlıq çərçivəsində yoxlama oyunu keçirib

8 Noyabr 2018 12:57

Xəbər 643 dəfə oxunub

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.Azərtac xəbər verir ki, “Keşlə”nin U-17 komandası ilə qarşılaşan yığmamız 7:1 hesablı qələbə qazanıb.Emil Qasımovun het-trik etdiyi oyunda digər qolları Xəqani Sadıqov, Turan Vəlizadə, Murad Mahmudov və Kamran Quliyev vurublar.xeber100.com