Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adaları, üç gün sonra isə səfərdə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, heyətə Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Emil Balayev(“Səbail”), Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hər üçü “Qarabağ”), Şəhriyar Əliyev(“Sumqayıt”), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi “Qəbələ”), Tural Axundov (“Neftçi”), Pavlo Paşayev (“Aleksandriya”, Ukrayna), Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Əfran İsmayılov (“Sumqayıt”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev(“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Erzgebirge”, Almaniya), Mahir Mədətov (“Qarabağ”), Mirabdulla Abbasov (“Neftçi”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen”, Almaniya) və Ruslan Qurbanov (“Səbail”) dəvət olunublar.Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçirilən Malta-Azərbaycan oyununda qalib müəyyənləşməyib -1:1.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…