Noyabrın 15-də Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin görüşü keçirilib.Dövlət Turizm Agentliyindən Azərtac-a bildirilib ki, görüşdə dekabrın 4-də keçiriləcək assosiasiyanın Birinci Baş Assambleyası haqqında müzakirələr aparılıb.Görüşdə “Hotrec – Hospitality Europe” təşkilatının vitse-prezidenti, beynəlxalq ekspert Akos Niklai iştirak edib.Bildirilib ki, Birinci Baş Assambleyanın məqsədi hotelçilik sənayesi mütəxəssislərini bir araya gətirərək yeni yaradılmış Azərbaycan Hotel Assosiasiyasının strukturu, nizamnaməsi, məqsədləri və gələcək fəaliyyəti haqqında məlumat verməkdir. Assambleyada Azərbaycanda tətbiq olunacaq yeni milli ulduz təsnifat sistemi də təqdim ediləcək.Baş Assambleya hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək, xidmət səviyyəsinin keyfiyyətini artırmaq və mövcud çatışmazlıqları müzakirə etmək üçün platforma rolunu oynayacaq.Qeyd edək ki, bundan öncə “Hotrec – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşərək, Azərbaycan Hotel Assosiasiyasının yaradılması və onun beynəlxalq təşkilata müşahidəçi statuslu üzv olması məsələsini müzakirə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…