AFFA-nın İntizam Komitəsinin iclası keçirilib

13 Dekabr 2018 13:47

Xəbər 725 dəfə oxunub

Dekabrın 12-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.Azərtac Peşəkar Futbol Federasiyasına istinadla xəbər verir ki, iclasda Azərbaycan çempionatının XIV turunda baş vermiş qayda pozuntularına görə cərimələr tətbiq olunub.“Sabah” – “Keşlə” matçında meydan sahiblərinin 4, qonaqların isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib.“Səbail” – “Qəbələ” matçının 85-ci dəqiqəsində əyalət təmsilçisinin futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 200 manat cərimə olunub.Həmçinin həmin oyunda “Qəbələ” klubunun ehtiyat məşqçisi Miloş Yevtiç texniki zona qaydalarını pozduğuna və həmin zonadan kənarlaşdırıldığına görə 1 oyunluq cəzalanıb, klub 800 manat cərimə edilib. Qarşılaşma boyu hər iki komandanın azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə hər iki klub 800 manat məbləğində cərimələnib.xeber100.com