“Ayntraxt” futbol klubu yeni müqavilə imzalayıb

19 Dekabr 2018 12:20

Xəbər 632 dəfə oxunub

Almaniyanın “Ayntraxt” klubu müdafiəçi Marko Russla müqaviləni yeniləyib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, yeni müqavilə 2020-ci il iyunun 30-dək nəzərdə tutulub.Alman müdafiəçi cari mövsüm klubun heyətində 8 matçda meydana çıxıb.Otuz üç yaşlı oyunçu “Ayntraxt”dakı karyerasında 326 oyuna 24 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.Qeyd edək ki, futbolçu karyerasına 2004-cü ildə “Ayntraxt”da başlayıb. 2011-ci ildən 2013-cü ilədək Almaniyanın “Volfsburq” klubunun heyətində yaşıl meydanlara çıxan müdafiəçi 2013-cü ildə yenidən “Ayntraxt”a geri dönüb.xeber100.com