“Kopenhagen” futbol klubu uruqvaylı müdafiəçini heyətinə cəlb edib

21 Dekabr 2018 13:40

Xəbər 675 dəfə oxunub

Danimarkanın “Kopenhagen” futbol klubu uruqvaylı müdafiəçi Gilermo Varelanı heyətinə cəlb edib.Azərtac klubun saytına istinadla xəbər verir ki, futbolçu ilə dördillik müqavilə imzalanıb.İyirmi beş yaşlı Varela Uruqvayın “Penarol” klubundan transfer olunub.Müdafiəçi daha əvvəl “Mançester Yunayted”, “Real Madrid” və “Ayntraxt” klublarında forma geyib. Futbolçu indiyədək Uruqvay millisinin heyətində 6 oyun keçirib.xeber100.com