Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.Trend bildirir ki, S.Mehdiyev qardaş ölkənin səfiri ilə görüşdən məmnun olduğunu söyləyərək, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq ənənələrinə söykənən strateji əməkdaşlıq münasibətlərindən bəhs edib. Bu münasibətlərin inkişafında hər iki ölkənin gömrük orqanlarının da roluna toxunan Komitə sədri bildirib ki, son illər regionda iki ölkənin təşəbbüsü ilə nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı layihələr əlaqələrin bundan sonra da inkişafına töhfəsini verəcək.Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın hazırkı vəziyyətindən razılığını söyləyən S.Mehdiyev, xüsusilə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.E.Özoral son illər iki ölkə arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Qarşılıqlı məlumat və təcrübə mübadiləsinin bu sahədəki əməkdaşlığı daha da gücləndirdiyi, gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…