“Yuventus” futbol klubu yeni müqavilə imzalayacaq

16 Yanvar 2019 13:54

Xəbər 609 dəfə oxunub

İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Aron Remzi cümə günü İtaliyanın “Yuventus” komandası ilə müqavilə imzalayacaq.“AS” nəşri xəbər verir ki, “Yuventus” klubunun rəhbərliyi futbolçuya görə, 18 milyon avro ödəyəcək. “Arsenal” klubu “Barselona” komandasının futbolçusu Denis Suaresi transfer edə bilsə, “Yuventus”a Aron Remziyə görə, qiymətdə endirim edə bilər.Uelslı futbolçu “Yuventus”a keçsə aya 125 min avro məvacib alacaq.Aron Remzi cari mövsümdə “Arsenal”ın heyətində 19 oyunda 2 dəfə fərqlənib və 6 oyunda isə məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com