Qılıncoynatma Federasiyasının məlumatına görə…

21 Fevral 2019 13:20

Xəbər 604 dəfə oxunub

Qılıncoynadanlarımız İtaliyada keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər.Azərbaycan Qılıncoynatma Federasiyasından Azərtac-a bildiriblər ki, şpaqa və sablya üzrə yığma komandamız fevralın 22-də İtaliyanın Foccia şəhərində keçiriləcək yeniyetmə və gənclər arasında Avropa birinciliyində yarışacaqlar. İdmançılarımız martın 3-dək davam edəcək qitə birinciliyində həm şəxsi, həm də komanda yarışlarında mübarizə aparacaqlar.xeber100.com