“Lester Siti” futbol klubu yeni baş məşqçisinin adını açıqlayıb

27 Fevral 2019 12:33

Xəbər 532 dəfə oxunub

İngiltərə Premyer Liqasında çıxış eliyən “Lester Siti” klubu yeni baş məşqçisinin adını açıqlayıb.Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Lester Siti”nin yeni baş məşqçisi Brendan Rocersdir.Qeyd edilir ki, baş məşqçi ilə müqavilə 2022-ci ilə qədər nəzərdə tutulub. B.Rocersin rəhbərliyi altında “Lester Siti” ilk matçına Premyer Liqanın 29-cu turu çərçivəsində martın 3-ü “Uotford”a qarşı çıxacaq.Qeyd edək ki, Brendan Rocers “Seltik” klubunun, daha əvvəl isə “Liverpul”un baş məşqçisi olub.xeber100.com