“Barselona” futbol klubu “Lion” komandasını qəbul edib

14 Mart 2019 12:22

Xəbər 613 dəfə oxunub

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Barselona” doğma meydanda “Lion”u qəbul edib. Trend-in məlumatına görə, matç 5:1 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatıb.Oyunda hesabı 18-ci dəqiqədə Messi açıb. 31-ci dəqiqədə Koutinyo hesabı artırıb. 58-ci dəqiqədə Tusar qollardan birinin əvəzini çıxıb. 78-ci dəqiqədə Messi daha bir qol vurub. 81-ci dəqiqədə Pike də adını tabloya yazdırıb. Son nöqtəni isə Dembele qoyub.Bununla da, “Barselona” növbəti mərhələyə keçib.xeber100.com