Futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində

19 Mart 2019 12:38

Xəbər 667 dəfə oxunub

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya-Azərbaycan oyununa 13 min bilet satılıb.Azərtac  xəbər verir ki, oyunun keçiriləcəyi Zaqrebdəki “Maksimir” stadionu 35 min tamaşaçı tutumuna malikdir.Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib: “Ümid edirəm ki, oyun günü “Maksimir”də azarkeşlərin dəstəyini hiss edəcəyik. Çünki bizim buna ehtiyacımız var. Çox istərdim ki, hava yağışlı olmasın və stadion azarkeşlərlə dolu olsun”.Qeyd edək ki, Xorvatiya-Azərbaycan oyunu martın 21-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.xeber100.com