“Montsa” komandası voleybol yarışlarının qalibi olub

29 Mart 2019 11:55

Xəbər 581 dəfə oxunub

İtaliyanın “Montsa” komandası qadın voleybolçular arasında Çağırış kuboku yarışlarının qalibi olub.Azərtac xəbər verir ki, həlledici oyunda “Montsa” komandası Türkiyənin “Aydın BBSK” klubu ilə qarşılaşıb.Türkiyədə təşkil olunan ilk oyunda “Montsa” 3:0 hesabı ilə qalib gəlib. İtaliyada keçirilən cavab qarşılaşması da meydan sahiblərinin 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, “Montsa” komandası Çağırış kuboku yarışlarının 2018-2019-cu il mövsümünün qalibi olub.xeber100.com