AFFA-nın inzibati binasında növbəti iclası keçirilib

16 Aprel 2019 11:38

Xəbər 478 dəfə oxunub

Aprelin 16-da AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, iclasda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç, Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Aslan Şahgəldiyev, Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.Toplantıda ölkə futbolu ilə bağlı bir sıra məsələlər müzakirə olunub.