İyunun 11-13-də Bakı Ekspo Mərkəzində IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – “Road & Traffic 2019” sərgisi keçiriləcək.“Сaspian Event Organisers” (CEO) şirkətindən Azərtac-a bildirilib ki, sərgi nəqliyyat infrastrukturu sahəsində yeganə ixtisaslaşmış tədbirdir. Burada yol inşaatı sahəsində ən son nailiyyət və innovasiyaların nümayişi ilə yanaşı, yol hərəkətinin idarə olunması sistemində informasiya texnologiyalarının tətbiqi və təhlükəsizliyin təmin edilməsi üzrə perspektivlər müzakirə olunur. Biznes strukturları ilə Azərbaycan və region ölkələrinin dövlət yol-nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri arasında görüşlərin keçirilməsi üçün unikal platforma olan bu sərgi təkcə yol sahəsinin deyil, həm də yol-inşaat sahəsinin peşəkarları arasında yüksək qiymətləndirilir.Bu il sərgidə Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yol-tunel inşaatı üzrə xidmətlər, yol təhlükəsizliyi vasitələri, yol-inşaat və kommunal texnika, yolların nişanlanması üçün avadanlıqlar, elektron yol monitorları, yol infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yeni avtobus modelləri və bir sıra digər məhsulları təqdim edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…