Avropa Qran-prisi Niko Rosberqin qələbəsi ilə başa çatıb

19 İyun 2016 18:05

Xəbər 890 dəfə oxunub

Formula-1 Avropa Qran-prisi “Mercedes”in pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb. Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 48,942 saniyə olub. İkinci yeri “Ferrari”nin pilotu ”Sebatian Fettel, üçüncü yeri isə isə “Force İndia”nın sürücüsü Serxio Peres tutub.

18:33

“Toro Rosso” komandasının digər pilotu Karlos Saynz da mübarizəni dayandırıb. Onun mübarizədən kənarlaşmasına səbəb asqıdakı problem olub. Ondan başqa, “Manor”un pilotu Paskal Verlyayn da əyləcdə problem üzündən yarışda iştiraka son verib.

18:28

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisində ən yüksək sürət qeydə alınıb. “Mercedes”in pilotu Luis Hamilton bolidini saatda 364 kilometr sürətlə idarə edib.

18:12

Pilotlar artıq Bakı şəhər halqasında 34-cü dövrəni yerinə yetiriblər. Trek üzrə ən yaxşı göstərici “Mercedes”in pilotu Niko Rosberqə məxsusdur – 1 dəqiqə 48,539 saniyə. İkinci və üçüncü yerlərdə “Ferrari”nin sürücüləri Sebastian Fettel və Kimi Raikonnendir.

17;52

“Toro Rosso” komandasının pilotu Daniil Kvyat texniki problemlərə görə, yarışda iştirakını vaxtından əvvəl başa vurub.

17:05

Bakı, 19 iyun, Səxavət Quliyev, AZƏRTAC

İyunun 19-da saat 17:00-da Bakıda Formula-1 Avropa Qran-prisinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, “Formula One Management”in prezidenti Berni Ekklstoun, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Formula-1 Avropa Qran-pri yarışına baxırlar.

AZƏRTAC xəbər verir ki, Qran-prinin startından əvvəl Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx nəfərdən ibarət gənc kollektivi dövlət himnini ifa edib.

Formula-1 Avropa Qran-prisində 22 pilot qalib adı uğrunda mübarizəyə qatılıb. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən, start xəttinə ən yaxın “Mercedes”in pilotu Niko Rosberq dayanıb. Ondan sonra “Red Bull Racing”in sürücüsü Daniel Rikkardo və “Ferrari”nin sürücüsü Sebastian Fettel yer alıblar.

Ümumiyyətlə, Formula-1 Avropa Qran-prisinin startında pilotlar aşağıdakı qaydada düzülüblər:

1. Niko Rosberq (Mercedes)

2. Daniel Rikkardo (Red Bull Racing)

3. Sebastian Fettel (Ferrari)

4. Kimi Raykonnen (Ferrari)

5. Felipe Massa (Uilyams)

6. Daniil Kvyat (Red Bull Racing)

7. Serxio Peres (Force İndia)

8. Valtteri Bottas (Uilyams)

9. Maks Ferstappen (Toro Rosso)

10. Lüis Hamilton (Mercedes)

11. Roman Qrojan (Haas)

12. Niko Hülkenberq (Force İndia)

13. Karlos Saynz (Toro Rosso)

14. Fernando Alonso (McLaren)

15. Estaban Qutyerres (Haas)

16. Felipe Nasr (Sauber)

17. Rio Haryanto (Manor)

18. Paskal Verlyayn (Manor)

19. Censon Batton (McLaren)

20. Markus Erikson (Sauber)

21. Kevin Maqnussen (Renualt)

22. Kolion Palmer (Renault).

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02