“Arsenal” və “Çelsi” arasında final matçı mayın 29-da baş tutacaq

10 May 2019 20:44

Xəbər 1012 dəfə oxunub

Avropa Liqasının Bakıda keçiriləcək final oyununun iştirakçılarına 6 min bilet verilib.Milli.az xəbər verir kiə, bu, “Arsenal” tərəfinin narazılığına səbəb olub.London təmsilçisi 68 min 700 nəfərlik azarkeş tutumuna malik arenada onlara bu qədər biletin ayrılmasını düzgün hesab etmir və bundan məyus olduqlarını ifadə edib. Onlar təxminən 45 min mövsümlük bilet alan azarleşlərinin və klubun 180 mindən çox rəsmi üzvünün olduğunu xatırladıblar. “Arsenal” azarkeşləri üçün biletlərin qiyməti 26-121 funt-sterlinq arasında olacaq. Əksər biletlər isə 43 funt-sterlinq təşkil edəcək.Qeyd edək ki, “Arsenal” və “Çelsi” komandaları arasında final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.xeber100.com