“Yuventus”un hücumçusu Fələstinə 1.5 milyon dollarlıq yardım edib

16 May 2019 19:59

Xəbər 547 dəfə oxunub

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu xeyirxah addım atıb.Milli.Az xəbər verir ki, portuqaliyalı superulduz Ramazan ayı münasibəti ilə Fələstinə 1.5 milyon dollarlıq yardım edib. Həmin vəsaitin iftar yeməklərinə xərclənəcəyi bildirilir.Qeyd edək ki, bu, Ronaldunun Fələstinlə bağlı ilk xeyirxah addımı deyil. O, 2014-cü ildə də sözügedən ölkəyə 2 milyon dollar bağışlamışdı.xeber100.com