Azərbaycan Kubokunun final oyunu baş tutacaq

19 May 2019 11:21

Xəbər 627 dəfə oxunub

Bu gün Azərbaycan Kubokunun final oyunu baş tutacaq.Milli.az xəbər verir ki, həlledici qarşılaşmada “Qəbələ” və “Sumqayıt” üz-üzə gələcək.Naxçıvan şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.Bu final “Qəbələ” üçün ardıcıl 3-cü, ümumilikdə 4-cü final olacaq. Əyalət təmsilçisi indiyə qədər kuboku qazana bilməyib.”Sumqayıt” üçün isə ilk finaldır.
Azərbaycan Kuboku Final
16:30. “Qəbələ” – “Sumqayıt”.xeber100.com