“Borussiya” klubu ikinci transferini rəsmən açıqlayıb

22 May 2019 15:13

Xəbər 563 dəfə oxunub

Almaniyanın “Borussiya” klubu ikinci transferini rəsmən açıqlayıb.Milli.az xəbər verir ki, Dortmund təmsilçisi Münhenqladbax “Borussiya”sından 26 yaşlı belçikalı yarımmüdafiəçi Torqan Hazardı transfer edib. Bu transfer “Borussiya”ya 20 milyon avroya başa gəlib. Hazardla 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.Torqan Hazard bu mövsüm Bundesliqada 32 oyuna 10 qol vurub, 11 assist edib.”Borussiya” daha öncə “Hoffenhaym”dan Niko Şultsu 27 milyon avroya transfer edib. Bundan əlavə, dortmundlular “Bayer”in vingeri Yulian Brandtın transferində anlaşma əldə edib.xeber100.com