Mayda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft istehsalı azalıb.Azərtac xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı aprel ayı ilə müqayisədə 236 min barrel azalaraq gündəlik 29 milyon 880 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 30,4 faiz olub.Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox İraq, Anqola və Qabon artırıb. İraqın sutkalıq hasilatı 94 min barrel çoxalaraq 4 milyon 724 min barrelə çatıb. Anqolada gündəlik istehsal 74 min barrel artaraq 1 milyon 471 min barrel olub. Qabonda isə neft hasilatı 23 min barrel çoxalaraq sutkada 221 min barrelə yüksəlib.Mayda kartelə üzv ölkələrdə neft istehsalı ən çox İran, Nigeriya və Səudiyyə Ərəbistanında azalıb. İranın gündəlik hasilatı 227 min barrel azalaraq 2 milyon 370 min barrelə düşüb. Nigeriyada istehsal 92 min barrel geriləyərək sutkada 1 milyon 733 min barrel təşkil edib. Səudiyyə Ərəbistanında isə hasilat 76 min barrel azalaraq 9 milyon 690 min barrel təşkil edib.Ötən ay dünyada 3 qazma qurğusu fəaliyyətini dayandırıb, 41 qurğu isə işə düşüb, ümumilikdə qurğuların sayı isə 2 min 339 olub. Həmin qurğuların 574-ü OPEC-ə üzv ölkələrdədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…