Şahmat üzrə səkkizinci turun oyunları keçirilir

14 İyun 2019 16:54

Xəbər 618 dəfə oxunub

Rusiyanın Poykovski qəsəbəsində təşkil edilən şahmat üzrə ənənəvi Anatoli Karpov turnirində səkkizinci turun oyunları keçirilir.Azərtac xəbər verir ki, XII dünya çempionu Anatoli Karpovun təşəbbüsü ilə təsis olunan və 2000-ci ildən keçirilən ənənəvi turnirdə ölkəmizi Rauf Məmmədov təmsil edir. Ötən turda xorvatiyalı şahmatçı İvan Şariçlə mübarizə aparan idmançımız yeddinci dəfə heç-heçə edərək aktivinə 0,5 xal əlavə edib. Turnirdə yeddi turdan 3,5 xal toplayan R.Məmmədov rusiyalı şahmatçı Dmitri Yakovenkodan 1 xal geri qalaraq, 2-9-cu yerləri bölüşür.Raufun növbəti rəqibi rusiyalı şahmatçı Andrey Yesipenkodur.xeber100.com