FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, siyahıda Azərbaycan yığması 1188 xalla 110-cu yerdə qərarlaşıb.Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv daha öncə açıqlanan reytinqlə müqayisədə iki pillə geriləyib. Buna səbəb millinin “Avro 2020”nin son mərhələsinin oyunlarında Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə məğlub olmasıdır.Komandanın seçmə mərhələdəki rəqiblərindən Xorvatiya bir pillə geriləyib və 1625 xalla 6-cı pillədə qərarlaşıb. 1514 xalı olan və 4 pillə geriləyən Uels isə 1514 xalla 23-cü olub. Son iki oyunda qələbə qazanan Macarıstan 9 pillə irəliləyərək 42-ci yerə çıxıb. Slovakiya isə bir pillə irəliləyib və hazırda 1491 xalla 31-cidir.Siyahıda ilk üç pillənin sahibi dəyişməyib. Belçika (1746) birinci, Fransa (1718) ikinci, Braziliya (1681) isə üçüncü yerdədir. Türkiyə yığması (1467) isə 2 pillə irəliləyərək 37-ci yeri tutub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…