“Dorados” klubunun baş məşqçisi karyerasını başa vurub

14 İyun 2019 16:59

Xəbər 480 dəfə oxunub

Argentina yığmasının heyətində dünya çempionu olmuş Dieqo Maradona Meksikanın “Dorados” futbol klubunun baş məşqçisi karyerasını başa vurub.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə onun vəkili Matias Morla özünün “Twitter” hesabında bildirib.Vəkilin sözlərinə görə, Maradona səhhətində yaranmış problemlərə görə “Dorados”dakı postunu tərk edib.“Həkimlər ona sağlamlığına vaxt ayırmağı məsləhət gördülər. O, iki çiynində və dizində cərrahi əməliyyat keçirəcək”, – Morla qeyd edib.Məşqçinin gedişi haqqında informasiyanı futbol klubundan da təsdiqləyiblər.Dieqo Maradona Meksikanın ikinci divizionunda “Dorados” futbol komandasına 2018-2019-cu illər mövsümündə başçılıq edib.xeber100.com