“Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutunun açılması və Azərbaycanda qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran ərazisinə yüksüz daxil olması üçün tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına dair razılığa gəlinib.Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Azərtac-a bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2002-ci ilin mayında Tehranda imzalanmış “Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin 13-cü bəndinə əsasən, beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası Bakıda keçirilib.Görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə baş idarəsinin rəisi Mənuçehr Salmanzadə rəhbərlik edib. İclasda Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən “İcazə” blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi və kontingenti barədə, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, cari ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan “İcazə” blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.Görüş zamanı əldə edilən ən mühüm razılıq “Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutunun açılması və Azərbaycanda qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran ərazisinə yüksüz daxil olması üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması barədə olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…