“Şahmat ulduzları” festivalına yekun vurulub

10 İyul 2019 16:25

Xəbər 726 dəfə oxunub

Vüqar Həşimov Şahmat Akademiyasında keçirilən “Şahmat ulduzları” festivalına yekun vurulub.Akademiyadan Azərtac-a bildiriblər ki, 9 turdan ibarət turnirdə 7,5 xal toplayan İlham Namazov qalib adını qazanıb. Arif Babayev və Rəşad Məmmədov isə 7 xalla ikinci və üçüncü yerləri tutublar.Altmış səkkiz şahmatçının mübarizə apardığı turnir İsveçrə sistemi üzrə keçirilib.xeber100.com