Dünya çempionatının seçmə mərhələsi çərçivəsində

25 İyul 2019 13:43

Xəbər 576 dəfə oxunub

Moskvada təşkil olunan çimərlik futbolu dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirib.Azərtac xəbər verir ki, İspaniya yığması ilə qarşılaşan millimiz 3:9 hesabı ilə uduzub. Komandamızın heyətində Amid Nəzərov dubl edib. Digər qolu Sabir Allahquliyev vurub.Millimiz növbəti oyununu iyulun 25-də Rusiya yığmasına qarşı keçirəcək. Oyun əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 21:00-da deyil, 19:45-də başlayacaq.xeber100.com