“Zirvə-Astara” komandası Beynəlxalq Basketbol Federasiyasının (FIBA) təşkilatçılığı ilə basketbol 3×3 üzrə dünya turunda uğurla çıxış edib.Azərtac xəbər verir ki, basketbolçularımız Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrə mərhələlərində qüvvələrini sınayaraq uğur qazanmağa çalışacaqlar. “Zirvə-Astara”nın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular yer alıblar.Artıq “Zirvə-Astara” ilk böyük qələbəsini qazanıb. İsveçrənin Sürix şəhərində keçirilən “Atupri 3×3 Swiss Tour Final Zurich” yarışına qatılan komandamız möhtəşəm oyun nümayiş etdirib. Onlar 6 görüşün hamısında qalib gələrək çempion adına layiq görülüblər.“Zirvə-Astara” komandası “Giannis”i 13:12, “Fulda Basket”i 18:16-ı hesabı ilə məğlub edərək F qrupunda birinci olub. Pley-off mərhələsində əvvəlcə “Endgame”i 20:12, sonra “Noname” 15:6, ardınca “Yakitori” 18:13 hesabı ilə məğlubiyyətə uğradan basketbolçularımız finalda “Fulda Basket”i yenidən 18:15 məğlubiyyətə uğradaraq bu turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Bununla yanaşı, oyunçumuz Anar Hacıyev üçlük yarışmasında qalib olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…