Şahmat festivalının yeddinci turuna yekun vurulub

5 Avqust 2019 17:31

Xəbər 637 dəfə oxunub

Çində keçirilən “Belt and Road 2019” şahmat festivalının yeddinci turuna yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan təmsilçisi Arkadi Naydiç yeddinci turda çinli Xiangyu Xu ilə heç-heçə edib.Yeddi turdan sonra A.Naydiç 4 xalla 27-ci pillədədir. Turnir cədvəlinə hindistanlı Surya Şexar Ganguli başçılıq edir.İsveçrə sistemi üzrə keçirilən festival 9 turdan ibarətdir.xeber100.com