İyulun 1-dən Bakıdan Bolqarıstana avtobus marşrut xətti istifadəyə veriləcək. Azərtac xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib. O bildirib ki, artıq Bolqarıstana sərfəli qiymətlə və komfortlu avtobuslarla səyahət etmək daha asan olacaq. Belə ki, iyulun 1-dən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçiriləcək. Avtobus reysləri Türkiyənin “Metro Turizm” şirkəti ilə bağlanan müqaviləyə əsasən baş tutacaq. Ş.Mehmanqızı qeyd edib ki, reyslər həftənin cüt günləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək. Biletin qiyməti 130 manat təşkil edir. Qeyd edək ki, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…