“Qarabağ” futbol klubu növbəti yoxlama oyununu keçirib

29 İyun 2016 09:31

Xəbər 1886 dəfə oxunub

Azərbaycan çempionu “Qarabağ” futbol klubu Avstriya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Azərtac xəbər verir ki, Ağdam klubu Rusiyanın “Zenit” komandası ilə qarşılaşıb. Görüş Azərbaycan çempionunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. “Qarabağ”ın heyətində Rahid Əmirquliyev fərqlənib. Qeyd edək ki, Qurban Qurbanovun komandası daha əvvəl yerli “Vakker İnburk” komandası ilə qarşılaşmış və 0:1 hesabı ilə uduzmuşdu.xeber100.com