Azərbaycan klubları üçün Avrokubok mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, ilk olaraq Avroliqadakı 3 təmsilçimizdən biri – “Kəpəz” meydana çıxacaq. Avropa Liqasının I təsnifat mərhələsinin ilk qarşılaşmasında qərblilər Moldovanın “Daçiya” klubu ilə oynayacaqlar. Gəncəlilərin digər iki klubumuzdan əvvəl maydana çıxmasının səbəbi onların ev oyunlarını Bakıda keçirməsidir. Şahin Diniyevin komandası ilk sınağına “Dalğa Arena”da çıxacaq. Bu matç “Kəpəz”in 5787 gündən sonra Avropa arenasına dönüşü olacaq. Sonuncu dəfə 2000-ci ildə UEFA Kubokunda yarışmış və 16 il qitə miqyaslı turnirlərə qatılmayan gəncəlilər yarışın yeni adı altında ilk dəfə çıxış edəcəklər. Bu görüş həm “Kəpəz”, həm də baş məşqçi Şahin Diniyev üçün ilklə yadda qalacaq. Belə ki, gəncəlilər ilk dəfə Şahin Diniyevin rəhbərliyi ilə Avrokuboklarda çıxış edəcəksə, “Daçiya” ilə oyun Diniyev üçün Avrokuboklarda debüt olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…