Beynəlxalq Şahmat Federasiyasının məlumatına görə…

26 Avqust 2019 12:31

Xəbər 689 dəfə oxunub

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Afrikada şahmatın təbliği üçün bütün mövcud mənbələrdən istifadə edəcək.Bu sözləri TASS agentliyinə FIDE-nin icraçı direktoru Viorel Boloqan Afrika Oyunları çərçivəsində təşkil edilən rapid üzrə qarışıq komanda yarışlarının açılış mərasimində deyib.V.Boloqan Afrika Oyunlarının proqramına şahmatın daxil edilməsinin idmanın bu növünün qitədə inkişafında mühüm rol oynayacağını vurğulayıb. O, qeyd edib ki, Mərakeşdə keçirilən turnir sayəsində Afrika ölkələrinin hər birində şahmata maraq daha da artır.Bildirib ki, şahmat sadə və aydın bir formatda Olimpiya hərəkatına doğru irəliləyir: “Olimpiya Oyunlarında sürətli şahmatı təqdim edə bilərik. Beynəlxalq Olimpiya Komitəsinin bütün tədbirlərində iştirak edirik, görüşlər keçiririk. Şahmat artıq Afrika və Asiya Oyunlarının tam hüquqlu iştirakçısıdır”.XII Afrika Oyunları Mərakeşdə keçirilir və avqustun 31-dək davam edəcək. Yarışda 50-dən çox ölkədən 6 min 400-ə yaxın idmançı iştirak edir.xeber100.com