Türkiyənin “Beşiktaş” klubu növbəti transferini reallaşdırıb.“TRT Spor” saytı xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Lill” klubundan Tiaqo Mayanı satın almaq şərti ilə icarəyə götürüb. “Qara qartallar” mövsümün sonunda braziliyalı yarımmüdafiəçini 10 milyon avroya transfer etmək hüququna malik olacaq.Qeyd edək ki, “Lill” iyirmi iki yaşlı futbolçunu 2017-ci ildə Braziliyanın “Santos” klubundan 14 milyon avroya heyətinə cəlb etmişdi. Braziliyalı oyunçu keçən mövsüm Fransa çempionatında 25 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. O, cari mövsümdə Fransa Liqa 1-də iki matçda “Lill” formasını geyinib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…