ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bu gün Bakı şəhəri Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən N. Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində şuşalı məcburi köçkünlərlə görüş keçirib. APA-nın məlumatına görə, F. V. Ştaynmayer öncə məktəblə tanış olub. Məktəbdə ATƏT-in fəaliyyətdə olan sədrinə Şuşanın, o cümlədən Xankəndinin tarixi barədə məlumat verilib, Şuşa və Xankəndinin Şuşa xanları tərəfindən salındığı nəzərinə çatdırılıb. Daha sonra məktəbin həyətində məcburi köçkünlərlə görüş keçirilib. Görüşdə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, dövlət tərəfindən Şuşa şəhərciyində məcburi köçkünlər üçün hər bir şərait yaradılıb, ancaq məcburi köçkünlər Şuşaya, doğma torpaqlarına qayıtmaq istəyirlər. F. V. Ştaynmayer gənc nəslin də Şuşaya qayıtmaq arzusunda olub-olmaması ilə maraqlanıb. B. Səfərov bildirib ki, nəinki gənc nəsil, uşaqlar belə Şuşanı arzulayırlar: ‘Mənim 8 nəvəm var, hər gün məndən soruşurlar ki, Şuşaya nə vaxt gedəcəyik?” Görüşdə Xankəndində anadan olmuş, daha sonra Şuşada yaşamış Ramiq Məhərrəmov Şuşadakı evlərinin dağılmamışdan öncə və Şuşanın işğalından sonra dağılmış vəziyyətdə çəkilmiş fotolarınə göstərib. O, evlərinin dağılmış vəziyyətdə fotolarının Şuşada olmuş avropalı fotoqraflardan biri tərəfindən çəkildiyini söyləyib. Görüşdə çıxış edən digər məcburi köçkünlər münaqişəyə qədər ermənilərlə mehriban, sülh şəraitində yaşadıqlarını bildirib, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildikdən sonra yenə də Dağlıq Qarabağda azərbaycanlıların ermənilərlə sülh şəraitində yaşamağa hazır olduğunu vurğulayıblar. Görüşdə F. V. Ştaynmayerə ermənilərin Dağlıq Qarabağa köçməsinin 150 illiyi münasibətilə 1978-ci ildə Qarabağda ucaldılmış abidənin fotosu də göstərilib. B. Səfərov nəzərə çatdırıb ki, ermənilər Qarabağa köçmələrinin 150 illiyini 1978-ci ildə qeyd ediblər, abidə də bu münasibətlə qoyulub: “Ancaq sonra ermənilər özləri o abidəni dağıtdılar”. F. V. Ştaynmayer görüşdə ATƏT və Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərəcəyini bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…