Metronun “28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti bərpa olunub.”Bakı Metropoliteni” QSC-dən Azərtac-a bildirilib ki, oktyabrın 19-da saat 13:00-da zərurətdən yaranmış səbəblərə görə Bakı Metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılmış “28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları saat 17:00-dan sərnişinlərin giriş-çıxışına açılıb.Məlum olduğu ki, oktyabrın 19-da saat 15:00-da mitinq keçirilməsi ilə əlaqədar özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müvafiq cavab verilməsinə baxmayaraq, həmin vaxtda qanunla qadağan edilmiş yerdə – Bakı Metropoliteninin “28 May” stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçiriləcəyi barədə sosial şəbəkələrdə məlumatlar paylaşılmışdı.Bunu nəzərə alaraq, “Bakı Metropoliteni” QSC qanunsuz hərəkətlərə yol verilərək metro nəqliyyatının işinin pozulacağı təqdirdə bütün məsuliyyətin təşkilatçıların üzərinə düşəcəyini bəyan etmiş və qeyd olunan üç stansiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul etmişdi. Qərarın verilməsində yeganə məqsəd strateji əhəmiyyətli kütləvi nəqliyyat infrastrukturu olan Bakı Metropoliteninin fəaliyyətinin iflic olmamasını, eləcə də bu nəqliyyat vasitəsindən istifadə edən vətəndaşların hüquqlarının qorunmasını təmin etmək idi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…