Oktyabrın 30-da Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasının ikinci turuna start veriləcək.Azərtac xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən 16 yaşadək əsas yığmanın üzvləri – “Azərbaycan” komandası ABŞ, digər yığmamız – “Azərbaycan-Naxçıvan” şahmatçıları Tailand təmsilçiləri ilə mübarizə aparacaqlar.Əsas yığmanın heyətində mübarizə aparan Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayeva birinci turda Monqolustan şahmatçılarını 3:1 hesabı ilə məğlub ediblər. Şahmatçılarımızdan A.Süleymanlı və G.Beydullayeva qarşılaşmaları qələbə ilə başa vurublar, Ə.Əhmədzadə və V.Manafov heç-heçə ediblər.Xəzər Babazadə, Sadiq Məmmədov, Sadiq Qarayev, Nəsrin Babayevanın çıxış etdiyi “Azərbaycan-Naxçıvan” komandası isə debütdə Qazaxıstan yığmasına uduzub – 1:3. X.Babazadə, S.Məmmədov rəqibləri ilə heç-heçə edib, S.Qarayev və N.Babayeva isə məğlub olublar.Ümumilikdə 48 komandanın mübarizə apardığı olimpiada noyabrın 6-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…