Futzal üzrə Yüksək Liqada V turun oyunları keçiriləcək

31 Oktyabr 2019 10:46

Xəbər 487 dəfə oxunub

Bu gün futzal üzrə Yüksək Liqada V turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, tura “Xızı”-“Yasamal” oyunu ilə start veriləcək. Saat 12:00-da başlayacaq görüşün baş hakimi Ramiz Məhərrəmov olacaq.Saat 14:00-da start götürəcək “Neftçi”-“Baku Fire” qarşılaşması Anar Fərəcova tapşırılıb.“Premier”-“Araz” oyununda Hikmət Qafarlı ədaləti qoruyacaq. Görüş saat 16:00-da başlayacaq.EKOL-“Record” arasında keçiriləcək oyuna Əli Cəbrayılov təyinat alıb. Qarşılaşmanın start fiti saat 18:00-da səsləndiriləcək.Tura “Marafon”-“Bakı” matçı ilə yekun vurulacaq. Saat 20:00-da start götürəcək oyunun baş hakimi Azər Əsgərov olacaq.Turun oyunları “Olimpik Star”da təşkil olunacaq.Qeyd edək ki, 12 xala malik “Araz” və “Neftçi” turnir cədvəlində ilk iki pillədə yer alıblar. EKOL isə 9 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com